Cəmiyyət

Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?

03 Oct 2026, 12:34 3 baxış
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
Ölkə ərazisində yağıntılı hava şəraiti gün sonunadək davam edəcək. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
"Hazırda ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi ərazilərdə yağıntılar leysan xarakterli və intensivdir, dağlıq ərazilərdə isə qar yağıntısı qeydə alınır. Oktyabrın 4-də səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında yağışın tədricən kəsiləcəyi proqnozlaşdırılır. Arabir güclənən şimal-qərb küləyi gecə saatlarından etibarən tədricən zəifləyəcək. Gün ərzində mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında 16-18 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntıların oktyabrın 4-də gündüz saatlarından etibarən tədricən kəsiləcəyi, oktyabrın 5-də isə əksər rayonlarda əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Havanın maksimal temperaturu Aran rayonlarında 15-20, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti olacaq", - deyə G.Məmmədova bildirib.
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
Mənbə oxu.az

Oxşar Xəbərlər