Dünya

Tramp: "Zelenskinin əlində "kozır" yoxdur"

12 Jan 2026, 17:24 1 baxış
Tramp: "Zelenskinin əlində "kozır" yoxdur"
"Ukrayna lideri Volodimir Zelenskinin əlində "kozır" yoxdur". Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetinə müsahibəsində deyib. Söhbət əsnasında Trampa bir il əvvəl Oval kabinetdə Zelenski ilə mübahisəsi zamanı dediyi məşhur ifadəsi xatırladılıb. "Bu düzdür. Onun "kozır"ları yoxdur. Onun ilk gündən bəri heç bir "kozır"ı olmayıb", - deyə ABŞ lideri cavab verib: "Zelenskinin indi ancaq bir kartı var: Donald Tramp".
Mənbə oxu.az

Oxşar Xəbərlər