Dünya
Nikolas Maduro ƏFV EDİLƏCƏK? - Tramp açıqladı
ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun əfv olunmayacağını bildirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ lideri "The New York Times" nəşrinə müsahibəsində bildirib. Jurnalist ondan Maduronun əfv edilə biləcəyi hər hansı ssenarinin olub-olmadığını soruşub. "Xeyr. Mən elə bir şey görmürəm", - deyə Tramp cavab verib. Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı xüsusi əməliyyat keçirib və paytaxt Karakasa havadan zərbələr endirib. Əməliyyatda aviasiya, hərbi-dəniz qüvvələri, dronlar və Mərkəzi Kəşfiyyat İdarəsinin kəşfiyyat resursları cəlb edilib. Nəticədə Venesuela prezidenti və həyat yoldaşı saxlanılaraq ABŞ-yə gətiriliblər.
Mənbə
oxu.az