Dünya

Trampa qarşı növbəti sui-qəsd planı? - Prezidentin Floridada kortejinin marşrutu dəyişdirildi

12 Jan 2026, 14:20 1 baxış
Trampa qarşı növbəti sui-qəsd planı? - Prezidentin Floridada kortejinin marşrutu dəyişdirildi
ABŞ Prezidenti Donald Trampın kortejinin marşrutu "şübhəli əşya" səbəbindən dəyişdirilib. Oxu.Az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərlə görüşü zamanı məlumat verib. "ABŞ Məxfi Xidməti tərəfindən Palm-Biç hava limanına ilkin yoxlama zamanı şübhəli əşya aşkarlanıb. Əlavə araşdırmaya ehtiyac duyulub və prezident kortejinin marşrutu müvafiq olaraq tənzimlənib", - deyə o bildirib. Qeyd edək ki, Donald Tramp son həftəsonunu Floridada keçirib. Levitt vurğulayıb ki, prezident Floridadan havaya qalxıb və öz təyyarəsinin göyərtəsində KİV nümayəndələri ilə söhbət edib. Tramp hadisə ilə bağlı heç nə bilmədiyini deyib. Xatırladaq ki, ABŞ liderinə qarşı sui-qəsd cəhdi 2024-cü ilin payızında Floridada onun qolf klubunun yaxınlığında baş vermişdi. Trampa qarşı başqa bir sui-qəsd cəhdi isə 2024-cü ilin yayında, Pensilvaniyada çıxışı zamanı olmuşdu, Tramp qulağından güllə yarası almışdı. O zaman məxfi xidmət şübhəli Tomas Metyu Kruksun zərərsizləşdirildiyini elan etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər