Dünya

Tramp "ExxonMobil" şirkətini Venesueladan çıxarmaqla hədələyir

12 Jan 2026, 13:40 1 baxış
Tramp "ExxonMobil" şirkətini Venesueladan  çıxarmaqla hədələyir
ABŞ Prezidenti Donald Tramp "Exxon Mobil Corp." şirkətinin Venesuelada qazma işlərinə girişini bloklaya bilər. Oxu.Az "The Wall Street Journal"a istinadən xəbər verir ki, ABŞ Prezidenti şirkətin baş direktoru Darren Vudsun ölkədə biznesə mane olan amillər barədə açıqlamalarından sonra belə deyib. "Yəqin ki, mən "Exxon" şirkətini Venesuelaya buraxmayacağam ", - deyə D.Tramp jurnalistlərə bildirib. Ötən cümə günü Ağ Evdə ABŞ-nin aparıcı neft şirkətləri rəhbərlərinin Trampla görüşü zamanı D.Vuds bildirib ki, ölkənin hüquq sistemində, karbohidrogen istehsalı qanunlarında və kommersiya strukturlarında əhəmiyyətli dəyişikliklər olmasa, Venesuelanı "investisiya üçün yararsızdır". O, islahatların Tramp administrasiyası ilə Venesuela hökumətinin birgə səyləri nəticəsində həyata keçirilə biləcəyini deyib. "Onların reaksiyasını bəyənmədim. Çox hiyləgər davranırlar", - deyə D.Tramp baş direktorun sözlərinə münasibət bildirərkən deyib. O əlavə edib ki, başqa şirkətlər Venesuelaya investisiya qoymaq istəyirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər