Dünya

Kamçatkada güclü zəlzələ oldu

12 Jan 2026, 12:42 1 baxış
Kamçatkada güclü zəlzələ oldu
Sakit okeanın Kamçatka sahillərində 5.1 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatskda da hiss olunub. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan təxminən 77 kilometr məsafədə yerləşib. Yeraltı təkanların dərinliyi 48 kilometrdə olub. İtki və dağıntı barədə məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər