Dünya

Filippində torpaq sürüşməsi: Ölənlərin sayı səkkizə çatıb, xeyli itkin var

12 Jan 2026, 11:48 1 baxış
Filippində torpaq sürüşməsi: Ölənlərin sayı səkkizə çatıb, xeyli itkin var
Filippinin Sebu şəhərində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı səkkizə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə "ABS-CBN News" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Xəbərə görə, 28 nəfər hələ də itkin düşmüş hesab olunur. Hadisə yerinə Hərbi Dəniz Qüvvələrinin xüsusi təlim keçmiş şəxsi heyəti də səfərbər edilib. Hadisə yanvarın 8-də zibillik ərazidə baş verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər