Dünya

ABŞ-də yük maşını İrandakı etirazları dəstəkləyən insanlara çırpıldı

12 Jan 2026, 09:48 1 baxış
ABŞ-də yük maşını İrandakı etirazları dəstəkləyən insanlara çırpıldı
Los-Ancelesdə yük maşını İrandakı etiraz hərəkatını dəstəkləyən mitinqlərə toplaşan insanlara çırpılıb. Oxu.Az-ın məlumatına görə, bu barədə KNBC televiziya kanalı məlumat yayıb. Los-Anceles Yanğından Mühafizə İdarəsinin məlumatına görə, ən azı iki nəfər xəsarət alıb. Hadisədən sonra etirazçıların sürücüyə hücum etməyə cəhd göstərdiyi və avtomobilin şüşələrini sındırdığı bildirilir. Hüquq-mühafizə orqanları hələlik yük maşınını idarə edən şəxsi müəyyən etməyiblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər