Dünya

PUBG pulsuz oyununu təqdim edəcək

12 Jan 2026, 08:52 1 baxış
PUBG pulsuz oyununu təqdim edəcək
Məşhur kollektiv döyüş oyunu olan PUBG sayca altıncı versiyasını təqdim edir. Oxu.az championat.com-a istinadən xəbər verir ki, yeni PUBG: BLINDSPOT fevralın 5-də "Steam" platformasında istifadəçilərin ixtiyarına veriləcək. Oyunçular unikal qabiliyyətlərə malik müxtəlif personajlardan istifadə edə biləcəklər. Yeni oyunda əsas məqsəd "Counter-Strike" və ya "Rainbow Six: Siege" oyunlarındakı kimi bomba yerləşdirmək və ya ona qarşı müdafiə olunmaq olacaq. Qeyd edək ki, oyun pulsuz olacaq. Həmçinin, yaxın zamanda "PUBG: Black Budget" oyunu da işıq üzü görəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər