Dünya

"Bloomberg": İki ölkə Qrenlandiyaya qoşun göndərməyi planlaşdırır

12 Jan 2026, 01:00 1 baxış
"Bloomberg": İki ölkə Qrenlandiyaya qoşun göndərməyi planlaşdırır
Almaniya və Böyük Britaniya qoşunlarını Qrenlandiyaya göndərməyi planlaşdırırlar. Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, London və Berlin adada hərbi mövcudluğunu gücləndirməyi düşünürlər. Qeyd olunur ki, Avropa ABŞ Prezidenti Donald Trampa Qrenlandiyanın və bütövlükdə Arktikanın təhlükəsizliyinin təmin edilməsinə ciddi yanaşdığını nümayiş etdirmək niyyətindədir. Almaniyanın xarici işlər naziri Yohann Vadefulun gələn həftə ABŞ-yə səfər etməsi gözlənilir və o, Vaşinqtonda dövlət katibi Marko Rubio ilə görüşməyi planlaşdırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər