Dünya
Malayziyada təbii fəlakətlər səbəbindən minlərlə insan təxliyə edilib
Malayziyanın şərqində baş verən böyük daşqınlar səbəbindən 3 000-dən çox insan müvəqqəti olaraq köçürülüb və xüsusi təxliyə mərkəzlərinə yerləşdirilib. Oxu.Az bu barədə "Bernama"ya istinadən xəbər verir. 2 800 nəfərin təxliyə edildiyi Saravak və Sabah ştatları fəlakətdən ən çox zərər çəkib. Zərərçəkənlərə kömək etmək üçün bu ərazilərdə təxminən 30 təxliyə mərkəzi yaradılıb.
Mənbə
oxu.az