Dünya

Kuba prezidenti Trampa cavab verdi

11 Jan 2026, 21:48 1 baxış
Kuba prezidenti Trampa cavab verdi
"Kuba 66 ildir ABŞ-nin təzyiqlərinə məruz qalır və müstəqilliyini son damla qanına qədər müdafiə etməyə hazırdır". Oxu.Az xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel ABŞ Prezidenti Donald Trampın açıqlamalarına cavab olaraq bildirib. "Kuba azad, müstəqil və suveren bir ölkədir. Heç kim bizə nə edəcəyimizi diktə etmir. Kuba hücum etmir. ABŞ 66 ildir ki, ona hücum edir. Kuba təhdid etmir. O, son damla qanına qədər özünü müdafiə etməyə hazırlaşır və hazırdır", - deyə Dias-Kanel "X"də yazıb. O, ABŞ-nin Kubanı heç nəyə görə qınamağa mənəvi haqqı olmadığını qeyd edib. Xatırladaq ki, ABŞ Prezidenti Kubanın artıq Venesueladan neft və pul almayacağını elan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər