Dünya
Türk Hava Yolları 54 uçuşu ləğv etdi
Türk Hava Yolları yanvarın 12-də gözlənilən əlverişsiz hava şəraiti səbəbindən İstanbul hava limanından qalxan və enən 54 uçuşun ləğv edildiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bunu THY-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Yahya Üstün "X" sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, uçuşlara məhdudiyyətlər Meteoroloji Fövqəladə Hallar Komitəsinin (MADKOM) qərarına əsasən tətbiq olunur.
Mənbə
oxu.az