Dünya

Tramp: "Kubaya neft və pul getməyəcək"

11 Jan 2026, 18:12 1 baxış
Tramp: "Kubaya neft və pul getməyəcək"
"Kuba uzun müddət Venesueladan gələn neft tədarükü hesabına əvəzində "təhlükəsizlik xidmətləri" göstərməklə yaşayıb, lakin indi vəziyyət dəyişib". Oxu.Az bildirir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. "Kubaya nə neft, nə də pul gedəcək - sıfır! Onlara çox ciddi şəkildə məsləhət görürəm ki, çox gec olmadan sövdələşməyə hazır olsunlar", - deyə Tramp vurğulayıb. Yanvarın 3-də ABŞ hərbi əməliyyat keçirərək Venesuela Prezidenti Nikolas Maduronu tutub və mühakimə olunmaq üçün Nyu-Yorka aparıb. Donald Trampın paylaşımından bəlli olur ki, əməliyyat zamanı, Venesuelaya təhlükəsizlik xidmətləri göstərən kubalıların əksəri öldürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər