Dünya

ABŞ-li tanınmış bəstəkar avtomobil qəzasında həlak oldu

11 Jan 2026, 17:48 19 baxış
ABŞ-li tanınmış bəstəkar avtomobil qəzasında həlak oldu
ABŞ-li bəstəkar Qay Mun Kaliforniyada baş verən yol-nəqliyyat hadisəsində 63 yaşında həlak olub. Oxu.Az "The New York Post" nəşrinə istinadən xəbər verir ki, Mun cümə axşamı səhər saatlarında Los-Anceles dairəsində qəzaya uğrayıb və aldığı xəsarətlərdən ölüb. Munun bəstələdiyi musiqilər "Nickelodeon" telekanalının bir çox layihələrində, o cümlədən "Süngər Bob Kvadrat Şalvar" və "Sehrli valideynlər" cizgi seriallarında səslənib. Qeyd olunur ki, bəstəkar həmçinin 2002-2004-cü illər ərzində dörd dəfə "Emmi" mükafatına namizəd göstərilib". Ümumilikdə o, 70-ə yaxın musiqi əsərinin ərsəyə gəlməsində iştirak edib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər