Dünya

Rusiya Ukraynaya qarşı ilk dəfə "Geran-5" dronundan istifadə edib

11 Jan 2026, 14:24 1 baxış
Rusiya Ukraynaya qarşı ilk dəfə "Geran-5" dronundan istifadə edib
2026-cı ilin əvvəlində Rusiya Ukraynaya qarşı ilk dəfə yeni "Geran-5" zərbə pilotsuz uçuş aparatından (PUA) istifadə edib. Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi "Telegram" kanalında məlumat yayıb. Bildirilir ki, "Geran-5" bu seriyanın əvvəlki modifikasiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. PUA-nın uzunluğu təxminən 6 metr, qanad genişliyi isə 5,5 metrə qədərdir və o normal aerodinamik sxem üzrə hazırlanıb. Aşkar edilmiş elementlər arasında 12 kanallı "Kometa" peyk naviqasiya sistemi, "Raspberry" mikrokompüteri bazasında treker, 3G/4G modemləri və "Telefly" reaktiv mühərriki tapılıb. Döyüş başlığının çəkisi təxminən 90 kiloqram, məhv etmə məsafəsi isə 1000 kilometrə qədərdir. Dronun konstruksiyası və texnologiyası İranın "Karrar" PUA-sı ilə aşkar oxşarlıqlara malikdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər