Dünya
Yaponiyada güclü ZƏLZƏLƏ
Yaponiyanın şimal-şərqində 5.1 bal gücündə zəlzələ baş verib. Oxu.Az bildirir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb. Məlumata əsasən, zəlzələnin episentri İvate prefekturası ərazisində, ocağı isə 60 km dərinlikdə yerləşib. Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb. Zəlzələdən sonra sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.
Mənbə
oxu.az