Dünya
İndoneziya İlon Maskın çatbotunu bloklayıb
İndoneziya hökuməti amerikalı milyarder İlon Maskın "xAI" şirkəti tərəfindən hazırlanmış "Grok" çatbotuna girişi müvəqqəti olaraq qadağan edib. Qərar süni intellektdən pornoqrafik materiallar yaratmaq üçün istifadə edilə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən verilib. Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, bu addım Avropa və Asiya da daxil olmaqla, dünyanın hər yerində hökumətlərin, tədqiqatçıların və tənzimləyicilərin tənqidindən sonra atılıb. Bəzi ölkələrdə artıq tətbiq vasitəsilə cinsi xarakterli məzmunun yayılmasına dair araşdırmalara başlanılıb. "xAI" startapı isə ödənişli istifadəçilər üçün şəkil yaratmaq və redaktə etmək funksiyalarını məhdudlaşdırdığını açıqlayıb. Şirkət açıq-saçıq materialların yaradılmasına imkan verən təhlükəsizlik mexanizmlərindəki zəiflikləri düzəltməyə çalışır.
Mənbə
oxu.az