Dünya

Gürcüstanda turistlər qar uçqununa düşüblər

11 Jan 2026, 00:36 1 baxış
Gürcüstanda turistlər qar uçqununa düşüblər
Gürcüstanda qar uçqunu ən azı 20 turistdən ibarət bir qrupun üzərinə düşüb. Oxu.Az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
Uçqun Gürcüstanın Yuxarı Svaneti bölgəsindəki Tetnuldi zirvəsi yaxınlığında baş verib. Məlumata görə, zərərçəkənlər qarın altında qalıblar. Xilasedicilər onların bir qismini qarın altından çıxarıblar. Bir neçə nəfər özləri xilas ola bilib. Vəziyyəti ağır olanlar xəstəxanaya yerləşdiriliblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər