Dünya
Moskva-İrəvan reysində yanğın baş verdi
Moskva-İrəvan reysində yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunub ki, əl baqajı uçuş zamanı alovlanıb. Şahidlərin sözlərinə görə, stüardessalar alovu üç yanğınsöndürən balonla söndürüblər. İlkin məlumatlara görə, çantadakı enerji bloku alovlanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb və uçuş istiqamətini dəyişməyib. "FlyOne Armenia" təyyarəsi Ermənistan paytaxtına təhlükəsiz eniş edib.

Mənbə
oxu.az