Dünya

Ermənistanla İran arasında uçuşlar ləğv edildi

10 Jan 2026, 20:00 1 baxış
Ermənistanla İran arasında uçuşlar ləğv edildi
İranda davam edən etirazlar fonunda Tehran-İrəvan və əks istiqamətdə uçuşlar ləğv edilib. Oxu.Az "Spurnik"ə istinadən xəbər verir ki, bu barədə "Zvartnots" aeroportunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, yanvarın 10-da İran paytaxtından uçuş İrəvan vaxtı ilə saat 17:15-də şəhərə enməli, Tehrana uçuş isə saat 18:15-də yola düşməli idi. Aviareyslərin nə zaman bərpa ediləcəyi ilə bağlı məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər