Dünya

İranda etiraz aksiyaları zamanı Konstitusiya Mühafizəçiləri Şurasının müşahidəçisi öldürülüb

10 Jan 2026, 17:40 1 baxış
İranda etiraz aksiyaları zamanı Konstitusiya Mühafizəçiləri Şurasının müşahidəçisi öldürülüb
İranda baş verən son etiraz aksiyaları zamanı ölkənin Konstitusiya Mühafizəçiləri Şurasının müşahidəçisi öldürülüb. Oxu.Az-ın "Tasnim" nəşrinə istinadən xəbərinə görə, bu barədə Konstitusiya Mühafizəçiləri Şurasının rəsmi nümayəndəsi Hadi Tahan Nazif şuranın mətbuat konfransında çıxışı zamanı məlumat verib. Hadi Tahan Nazif müşahidəçinin Qəzvin şəhərində həlak olduğunu bildirib və onun ailəsinə başsağlığı verib. O, həmçinin son iğtişaşları pisləyərək bu hadisələrdə gizli qüvvələrin əlinin olduğunu iddia edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər