Dünya

Vanuatu sahillərində zəlzələ baş verib

10 Jan 2026, 11:52 21 baxış
Vanuatu sahillərində zəlzələ baş verib
Sakit okeanın cənub-qərbində yerləşən ada dövləti olan Vanuatu Respublikası sahillərində 5.6 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib. Məlumata görə, zəlzələnin episentri təxminən 1 100 nəfərin yaşadığı Sola şəhərindən 98 kilometr qərbdə yerləşib, zəlzələ ocağı 35 kilometr dərinlikdə olub. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər