Dünya
Aİ Cənubi Amerika ölkələri ilə MERCOSUR ticarət sazişini təsdiqlədi
Avropa İttifaqı (Aİ) birlik ilə Cənubi Amerika ölkələri arasında azad ticarət haqqında MERCOSUR sazişini təsdiqləyib. Oxu.Az bildirir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta "X" sosial şəbəkə hesabında yazıb. Koşta qeyd edib ki, bu saziş Avropa üçün faydalıdır, çünki onun köməyi ilə Aİ qlobal iqtisadiyyatı formalaşdıracaq. O qeyd edib ki, MERCOSUR avropalı istehlakçılar və sahibkarlar üçün böyük mənfəət gətirəcək. Aİ və Cənubi Amerika ölkələri arasındakı bu saziş 25 il ərzində hazırlanıb. Brüsselin fikrincə, saziş Çinin ticarətdə artan payı və Latın Amerikasındakı təsirinin gücləndiyi bir fonda əldə edilmiş mühüm geosiyasi qələbədir.
Mənbə
oxu.az