Dünya
Abbas Əraqçı İsrail və ABŞ-nin İrana mümkün hücumunu dəyərləndirib
"İran ABŞ və İsrailin mümkün hücumuna cavab verməyə hazırdır, lakin eyni zamanda hücumu az ehtimal olunan hesab edir". Oxu.Az IRIB-ə istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı deyib. "Biz ABŞ və İsrailin yeni hücumunu istisna edirik. Təkrar hücum baş verərsə, onlara yeni məğlubiyyət yaşadılacaq", - deyə o bildirib. Xatırladaq ki, 2025-ci il iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ iyunun 22-də münaqişəyə daxil olaraq İranın İsfahan, Nətənz və Fordodakı nüvə obyektlərinə zərbələr endirib.
Mənbə
oxu.az