Dünya
Fransada ölkənin NATO-dan çıxması ilə bağlı qətnamə təqdim edilib
Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) vitse-prezidenti Klemans Qette ölkənin NATO-dan çıxması ilə bağlı qətnamə təqdim edib. Oxu.Az xəbər verir ki, bu barədə o, sosial mediada paylaşım edib. "Fransanın ABŞ-nin rəhbərlik və idarə etdiyi hərbi ittifaqda iştirak məsələsi indiyədək olduğundan daha aktualdır. Mən NATO-dan çıxmağı planlaşdıran qətnamə təqdim edirəm", - deyə Qette bildirib. Vitse-prezident ABŞ-nin Venesuela lideri Nikolas Maduronu ələ keçirməsini və Qrenlandiyanı ilhaq etmək planlarını tənqid edib. O, həmçinin Qəzza zolağındakı münaqişə zamanı ABŞ-nin İsrailə verdiyi dəstəyə qarşı çıxıb.
Mənbə
oxu.az