Dünya

Qrenlandiyalıların ABŞ ilə birləşməyə münasibəti məlum oldu

09 Jan 2026, 17:00 1 baxış
Qrenlandiyalıların ABŞ ilə birləşməyə münasibəti məlum oldu
Qrenlandiyalıların mütləq əksəriyyəti (85%) ABŞ vətəndaşı olmaq istəmir. Oxu.Az xəbər verir ki, "Financial Times" qəzetinin sosioloji sorğusunun nəticələrindən belə məlum olub. Respondentlər Danimarkada həyat səviyyəsinin daha yüksək olduğuna inanırlar. Bundan əlavə, ada sakinləri ABŞ-də cinayətkarlıq səviyyəsinin yüksək, səhiyyə xidmətinin baha olduğunu qeyd ediblər. Analitiklərin fikrincə, yalnız 6% sakin Qrenlandiyanın ABŞ-yə birləşməsini dəstəkləyir. Bu arada, sorğuda iştirak edənlərin, demək olar ki, yarısı - 45%-i ABŞ Prezidenti Donald Trampın adaya münasibətini potensial təhlükə kimi görür. Xatırladaq ki, daha əvvəl D.Trampın 57 000 qrenlandiyalının "ABŞ ilə birlikdə olmaq istədiyini" bildirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər