Dünya

Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham etdi

06 Jan 2026, 10:28 1 baxış
Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham etdi
Kamboca Tailandla sərhəd münaqişəsində atəşkəs rejimini pozub və Ubonratçathani əyalətindəki Tailand qoşun mövqelərini hədəfə alıb. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə tərkibinə Tailand Silahlı Qüvvələrinin və Xarici İşlər Nazirliyinin nümayəndələrinin daxil olduğu Kamboca ilə sərhəddə vəziyyət məsələləri üzrə Tailand Birgə Mətbuat Mərkəzinin yaydığı məlumatda bildirilib: "Kamboca yanvarın 6-da saat 7:25-də (Bakı vaxtı ilə saat 4:25 - red.) atəşkəs rejimini pozub. Kamboca qoşunları Çonq Bok rayonunu minaatanlardan atəşə tutub. Hadisə nəticəsində bir Tailand əsgəri qəlpə yaraları alıb". Xatırladaq ki, Kamboca və Tailand iki ölkənin Baş Sərhəd Komitəsinin üçüncü xüsusi iclasından sonra dekabrın 27-də atəşkəs barədə razılığa gəliblər. Ölkələr arasında sərhəd münaqişəsinin son eskalasiyası dekabrın 7-də sərhəddə baş verən atışma ilə başlayıb. Dekabrın 8-də Tailand quru qüvvələri Kamboca qoşunlarının sərhəd bölgəsindəki Tailand mövqelərinə artilleriya atəşi açdığını bildirib. Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna hücum edərək cavab verib. Toqquşmalarda 23 Tailand əsgəri həlak olub. Kamboca Müdafiə Nazirliyinin məlumatına görə, adıçəkilən ölkədə atışma nəticəsində 31 mülki şəxs həlak olub, ən azı 87 nəfər yaralanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər