Dünya

Fethiyedə gəzinti gəmisində yanğın: Sərnişinlər dənizə tullandılar - VİDEO

13 Aug 2026, 16:40 2 baxış
Fethiyedə gəzinti gəmisində yanğın: Sərnişinlər dənizə tullandılar - VİDEO
Muğla vilayətinin Fethiye rayonunda yerləşən körfəzdə hərəkət edən gəzinti gəmisində yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, hadisə saat 11 radələrində Fethiyenin Katrancı körfəzində qeydə alınıb. Aralarında uşaqların da olduğu 115 sərnişin xilasedici jilet geyinərək dənizə tullanıb və onların təxliyəsi istiqamətində işlərə başlanılıb. Məlumata görə yanğın "Toys Boat" adlı gəminin mətbəx hissəsində baş verib və qısa müddət ərzində alov bütün gəmini əhatə edib. Hadisə yerinə Sahil Mühafizəsi, Sahil Təhlükəsizliyi və səhiyyə briqadaları cəlb olunub. Dənizə atılan sərnişinlərin xilas edilməsi əməliyyatına başlanılıb və ərazidəki digər dəniz nəqliyyat vasitələri də xilasetmə işlərinə yaxından köməklik göstəriblər. Gəminin böyük bir qisminin yandığı və batmağa başladığı bildirilir. İlkin məlumatlara əsasən, bədbəxt hadisə nəticəsində insan itkisi qeydə alınmayıb. Yanğının başvermə səbəblərini müəyyənləşdirmək məqsədilə müvafiq araşdırmalara başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər