Digər
ABŞ yalan danışır, Hörmüz nəzarətimizdədir - İran
ABŞ-ın Hörmüz boğazından gəmilərin normal keçməsi ilə bağlı əsassız iddiaları yalan və böhtandan başqa bir şey deyil.
Axar.az xəbər verir ki, bu barədə İran ordusunun “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı məlumat yayıb.
“Hörmüz boğazı əvvəlki kimi İranın tam idarəçiliyi və nəzarəti altındadır. Heç bir kommersiya və ya neft tankeri İranın güclü silahlı qüvvələrinin icazəsi və nəzarəti olmadan bu boğazdan təhlükəsiz şəkildə keçə bilməz və bu, belə də davam edəcək”, - məlumatda bildirilib.
Mənbə
axar.az