Cəmiyyət
Naxçıvanda orta aylıq maaş artdı
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əmək haqqı 872 manat təşkil edib.
Bu barədə Axar.az-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% çoxdur.
Xatırladaq ki, 6 ay ərzində Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7% artaraq 1 174 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Mənbə
axar.az