İdman

"Qarabağ" Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

04 Jan 2026, 00:33 1 baxış
"Qarabağ" Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

"Qarabağ"ın Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşlərində qarşılaşacağı rəqiblər müəyyənləşib.


Klubdan Axar.az-a verilən məlumata görə, yanvarın 10-dan 17-dək Belek bölgəsində hazırlıq keçəcək Ağdam təmsilçisi Özbəkistanın “Neftçi” (Fərqanə) və Polşanın "Zalebye" klubları ilə qarşılaşacaq.


Matçlar, müvafiq olaraq, yanvarın 12-də və 16-da keçiriləcək.


Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər