Dünya

Yuxu iflici zamanı beyində nələr baş verir?

14 Nov 2026, 04:28 2 baxış
Yuxu iflici zamanı beyində nələr baş verir?
"Gecə saatlarında qəfil oyanma, yad birinin varlığını hiss etmə, qorxulu görüntülər görmə və hərəkət edə bilməmə yuxu iflicinin əsas əlamətləridir". Oxu.Az xəbər verir ki, bunu neyrobioloq Baland Cəlal "The Guardian" nəşrinə müsahibəsində deyib. Alimin sözlərinə görə, yuxu iflici zamanı beyin qismən oyansa da, bədən hələ də hərəkətsiz vəziyyətdə qalır. Mütəxəssis qorxulu obrazların yaranmasını beynin bədənin hərəkətsizliyini izah etməyə çalışması ilə əlaqələndirib. O vurğulayıb ki, təşviş və narahatlıq hissi yuxu iflicinin yaranmasına təkan verən amillərdəndir. Neyrobioloq belə qorxulu oyanmalar zamanı təşvişə düşməməyi, hərəkətsizliyi güc tətbiq edərək aradan qaldırmağa çalışmamağı və diqqəti başqa istiqamətə yönəltməyi tövsiyə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər