Dünya
Britaniyada Çörçillin göstərişi ilə yaradılan məxfi bunker ziyarətçilər üçün açıldı - Foto
Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin göstərişi ilə yaradılmış, İkinci Dünya müharibəsi dövrünə aid unikal komanda bunkeri cümə günündən etibarən ziyarətçilər üçün açılıb. Məhz buradan Britaniya hərbçiləri La-Manş boğazında alman gəmilərinə qarşı artilleriya zərbələrini koordinasiya edirdilər. Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, beton konstruksiyalarla möhkəmləndirilmiş yeraltı idarəetmə məntəqəsi Fan-Bey ərazisində yerləşir. Bunkerdə artilleriya atəşini idarə etmək üçün ilk yerüstü kompüterləşdirilmiş sistem quraşdırılmışdı. Böyük Britaniyanın Milli Fondu adından arxeoloji qazıntılara rəhbərlik edən Con Barkerin sözlərinə görə, bu sistem Doveri qoruyan və La-Manş boğazında alman gəmilərinə hücum edən artilleriya batareyasının bir növ "beyni" olub. Barker 2017-ci ildə yenidən aşkar edilən bunkerin içərisinə daxil olan ilk şəxs olub. Həmin vaxta qədər obyekt 1957-ci ildə məxfi şəkildə konservasiya edilmiş, hərbi əhəmiyyətinə görə isə 1981-ci ilədək gizli saxlanılmışdı. "İkinci Dünya müharibəsini araşdıran arxeoloq üçün bu, Tutanhamonun məzarının açılmasına bənzər bir an idi. Burada xidmət etmiş insanları araşdırmaq üçün böyük iş gördük, sonra isə qəfildən onların işlədiyi otaqda özümüzü tapdıq. Bu, inanılmaz dərəcədə maraqlı idi", - deyə o bildirib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az