Dünya

Məşhur pişik Larri "Microsoft" xidmətlərindəki irimiqyaslı nasazlığın səbəbkarını açıqladı

14 Nov 2026, 05:00 1 baxış
Məşhur pişik Larri "Microsoft" xidmətlərindəki irimiqyaslı nasazlığın səbəbkarını açıqladı
Böyük Britaniyanın baş nazirinin iqamətgahında yaşayan pişik Larri "Microsoft" korporasiyasının xidmətlərində yaranan genişmiqyaslı nasazlıqla bağlı zarafat edib. O, problemin səbəbkarının naqilləri gəmirən başqa bir pişik olduğunu bildirib. Oxu.Az xəbər verir ki, dauninq-stritin baş siçan ovçusu kimi tanınan Larrinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında belə bir paylaşım edilib: "Microsoft"un işindəki kəsintinin səbəbi məlum olub". Paylaşıma ağ naqili dişləyən pişik balasının əks olunduğu GIF də əlavə edilib. Qeyd edək ki, bir müddət əvvəl populyar internet resurslarının fəaliyyətini izləyən "Downdetector" xidməti 74 ölkə və ərazidən "Microsoft" proqramlarının işindəki problemlərlə bağlı çoxsaylı şikayətlər daxil olduğunu açıqlayıb. İstifadəçilər noyabrın 12-si axşam saatlarından etibarən "Microsoft"un bir neçə xidmətində yaranan nasazlıqlarla bağlı şikayətlər etməyə başlayıblar. Şikayətlərin əksəriyyəti ABŞ-dən daxil olub. Belə ki, 131 000 nəfər "Outlook", 46 000 nəfər "Microsoft 365", 5 800 nəfər "Copilot", 4 500 nəfər isə "Microsoft Teams" xidmətlərinin işində problemlərlə üzləşdiklərini bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər