İdman

Niderland millisi Yunanıstan yığmasını darmadağın etdi - Video

14 Nov 2026, 01:48 5 baxış
Niderland millisi Yunanıstan yığmasını darmadağın etdi - Video
UEFA Millətlər Liqasının qrup mərhələsində Niderland millisi Yunanıstan yığmasını darmadağın edib. Oxu.Az xəbər verir ki, Amsterdam şəhərində yerləşən "Yohan Kroyff Arena"da keçirilən qarşılaşmada meydan sahibləri böyükhesablı qələbə qazanıblar - 7:0.

Niderland millisinin futbolçusu Ticani Reynders ilk hissədə het-trik edib. Yurien Timber dubl müəllifi olub. Krisensio Sammervill və Doniell Malen isə hərəyə bir qol vurublar. Bu qələbədən sonra Niderland millisi 11 xalla A Liqasının 2-ci qrupunda liderliyə yüksəlib. Yunanıstan yığması isə 8 xalla ikinci pillədə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər