İdman
"Qarabağ" mövsümün ikinci hissəsinin hazırlığına start verib
"Qarabağ" futbol klubu 2025/26 mövsümünün ikinci hissəsinin hazırlığına start verib. Oxu.Az xəbər verir ki, bu gün "Azersun Arena"dakı təlim-məşq bazasında bir araya gələn komanda 2026-cı ilin ilk məşqini keçirib. Bildirilib ki, "Qarabağ"ın hazırlıq planının ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən "Gloria Sports Arena"da keçiriləcək. Komanda həmin müddətdə təlim-məşq toplanışını davam etdirəcək. Toplanış çərçivəsində "Qarabağ" iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi nəzərdə tutulur. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək. Qeyd olunub ki, komanda yeni ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın "Ayntraxt" klubuna qarşı keçirəcək.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər