İdman

Lukman “Fənərbağça”ya gedir?

03 Jan 2026, 18:17 1 baxış
Lukman “Fənərbağça”ya gedir?

İtaliya təmsilçisi “Atalanta”nın nigeriyalı futbolçusu Ademola Lukman karyerasını Türkiyədə davam etdirə bilər.


Axar.az xəbər verir ki, “Fənərbağça” 28 yaşlı hücumçunun transferi ilə bağlı A Seriyası təmsiçisi ilə danışıqlara artıq başlayıb.


Onun hazırkı bazar qiyməti “Transfermarkt” portalına görə 35 milyon avrodur.


Qeyd edək ki, Ademola Lukman 2022-ci ilin yayında “Leypsiq”dən “Napoli”yə 10,85 milyon avroya transfer olunub. Hazırda Lukman Nigeriya millisinin düşərgəsindədir. Nigeriya yığması yanvarın 5-də Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Mozambiklə qarşılaşacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər