İdman

İtaliya A Seriyası: "Milan" səfərdən qələbə ilə qayıdır

03 Jan 2026, 02:00 1 baxış
İtaliya A Seriyası: "Milan" səfərdən qələbə ilə qayıdır
İtaliya A Seriyasının 18-ci turunda "Milan" "Kalyari"nin qonağı olub. Oxu.Az xəbər verir ki, matçın taleyini bir qol həll edib. 50-ci dəqiqədə qonaqlardan Rafael Leanın dəqiq zərbəsi qarşılaşmanın nəticəsini müəyyənləşdirib - 0:1. Bu qələbə sayəsində "Milan" turnir cədvəlində zirvəyə yüksəlib. "Rossoneri"lərin aktivində 38 xal var. Liderin ən yaxın izləyicisi "İnter" 2 xal geri qalsa da, bir oyun az keçirib. "Kalyari"yə gəlincə, komanda 18 xalla 14-cü pillədə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər