İdman

Merih Demiral Ronaldunu məyus etdi: "Ən-Nəsr" ilk məğlubiyyətini aldı

03 Jan 2026, 01:00 1 baxış
Merih Demiral Ronaldunu məyus etdi: "Ən-Nəsr" ilk məğlubiyyətini aldı
Səudiyyə Ərəbistanı Pro Liqasının 13-cü turunda lider "Ən-Nəsr" "Əl-Əhli"nin qonağı olub. Oxu.Az xəbər verir ki, matç ev sahibi komandanın 3-2 hesablı qələbəsi ilə başa çatıb. Matçın ilk iki qolunu "Əl-Əhli"nin hücumçusu İvan Toni (7, 20) vurub. 31-ci dəqiqədə qonaq müdafiəçi Abdullah Əl-Əmri fərqi azaldıb, 13 dəqiqə sonra isə bərabərlik qolunu vurub. Lakin ikinci hissənin əvvəlində Merih Demiral "Ən-Nəsr"in qapısına vurduğu qolla yekun hesabı müəyyənləşdirib. Hazırda Kriştianu Ronaldunun kapitanı olduğu "Ən-Nəsr"in 31 xalı var və klub turnir cədvəlinə başçılıq edir. "Əl-Əhli" isə 25 xalla dördüncü yerdədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər