İdman

İtaliyalı idmançı faciəvi şəkildə öldü

02 Jan 2026, 18:43 1 baxış
İtaliyalı idmançı faciəvi şəkildə öldü

İtaliyalı qolfçu Emanuele Qaleppini İsveçrənin Kran-Montana kurortunda barda baş verən yanğında ölüb.


Axar.az xəbər verir ki, 16 yaşlı qolfçunun həyatını itirməsi barədə İtaliya Qolf Federasiyası sosial media hesabında açıqlama yayıb.


"Federasiya Emanuele Qaleppinin vəfatından kədərlənir. Bizim bütün düşüncələrimiz onun ailəsi və sevənləri ilədir. Emanuele, sən əbədi olaraq qəlbimizdə qalacaqsan", - açıqlamada bildirilib.


Qeyd edək ki, Yeni il gecəsi İsveçrənin Kran-Montana kurortunda barda partlayış olub. Hadisə nəticəsində təxminən 40 nəfər ölüb, 115 nəfər ağır yaralanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər