İdman
"Neftçi" Misir, Qazaxıstan və Çin komandaları ilə qarşılaşacaq
"Neftçi" futbol komandası Misir, Qazaxıstan və Çin təmsilçiləri ilə yoxlama oyunları keçirəcək. Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb. Bakı klubu yanvarın 4-dən 17-dək BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində təlim-məşq toplanışı keçəcək. Yanvarın 5-də ilk məşqinə çıxacaq komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. "Neftçi" yanvarın 9-da "Kayrat" (Qazaxıstan), 13-də "Piramids" (Misir), 16-da isə "Çenqdu Ronqçenq" (Çin) klubları ilə qarşılaşacaq. Matçların başlanma saatı ilə bağlı məlumat daha sonra veriləcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər