Siyasət

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

02 Jan 2026, 10:06 1 baxış
İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev İsveçrə Prezidenti Qi Parmölənə başsağlığı verib.


Axar.az başsağlığının mətnini təqdim edir:


"Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.


Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".


Qeyd edək ki, yanğın 1 yanvar gecəsi "Constellation" barında baş verib. Hadisə nəticəsində təxminən 40 nəfər həlak olub, azı 115 nəfər yaralanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər