Kavelaşvili də Xameneinin dəfn mərasiminə qatılacaq
Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin İranda keçiriləcək matəm mərasimlərində iştirakı gözlənilir.
Axar.az xəbər verir ki, bu barədə VANA məlumat yayıb.
Məlumata görə, iyulun 9-da keçiriləcək dəfn mərasimində Türkmənistan, Pakistan, Ermənistan, Azərbaycan və Gürcüstandan nümayəndə heyətlərinin iştirakı gözlənilir. İranın vitse-prezidenti xarici ölkələrdən gələcək yüksəkvəzifəli şəxslərin iranlı rəsmilərlə ikitərəfli görüşlər keçirəcəyini bildirib.
Qeyd edək ki, Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana endirdiyi birgə zərbə nəticəsində həlak olub. Onun varisi kimi oğlu Müctəba Xamenei seçilib.
Bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyanın da dəfn mərasiminə qatılacağı bildirilmişdi.