Digər

Azərbaycanlı məhbuslar aclıq aksiyasına başladılar

30 Jun 2026, 15:47 2 baxış
Azərbaycanlı məhbuslar aclıq aksiyasına başladılar

Tehranın Evin həbsxanasında saxlanılan milli fəallar Abbas Lisani və Yusif Kari iyunun 28-dən aclıq aksiyasına başlayıblar.


Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.


Bu, onların saxlanıldıqları kameralardan ayrı-ayrılıqda ağır cinayətlər törətmiş məhbusların kameralarına köçürülmələrindən sonra baş verib.


Onlar həbsxana rəhbərliyini məhbusların ittihamlarına görə təsnifatlandırma prinsipinə riayət etməməkdə günahlandırıblar.


Milli fəallar həbsxana rəhbərliyinin bu hərəkətini təhlükəsizlik qüvvələrinin sfarişi əsasında və özlərinə qarşı təzyiq və əlavə cəza vasitəsi olduğunu bildiriblər.

Mənbə axar.az

Oxşar Xəbərlər