İdman
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə xal itirdi
İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində "Sanderlend" - "Mançester Siti" qarşılaşması keçirilib. Oxu.Az xəbər verir ki, "Stedium of Layt" stadionunda baş tutan oyunda qalib müəyyənləşməyib. Görüş başladığı kimi də bitib - 0:0. Bu nəticə ilə "Mançester Siti" 41 xalla turnir cədvəlinin 2-ci, "Sanderlend" isə 29 xalla 7-ci pilləsində qərarlaşıb.
Mənbə
oxu.az