İdman
Neymarın "Santos"dakı taleyinə aydınlıq gəldi
"Santos"un ulduz hücumçusu Neymar klubu ilə yeni müqavilə imzalayıb. Oxu.Az xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat verib. Məlumata görə, 33 yaşlı futbolçu ən azı 2026-cı ilin dekabr ayına qədər Braziliya klubunda oynayacaq. Məşhur forvardın klubla müqaviləsi ötən ilin sonuna qədər idi. Neymar cari mövsümdə "Santos"un heyətində Braziliya çempionatında 20 oyunda meydana çıxıb, səkkiz qol vurub və iki məhsuldar ötürmə edib.
Mənbə
oxu.az