İdman

Roberto Karlos ürəyindən əməliyyat olunub

31 Dec 2025, 21:54 1 baxış
Roberto Karlos ürəyindən əməliyyat olunub
Braziliya millisinin keçmiş futbolçusu Roberto Karlos ürəyindən əməliyyat olunub. Oxu.Az bu barədə AS nəşrinə istinadən xəbər verir. Bildirilir ki, istirahət zamanı Roberto Karlosun ayağında tromb aşkar edilib. Müayinədən sonra həkimlər onun ürəyində cərrahi müdaxilənin zəruri olduğu qənaətinə gəliblər. Hazırda keçmiş müdafiəçinin həyatı üçün təhlükə yoxdur, lakin idmançı bir neçə günü tibbi nəzarət altında keçirəcək. Qeyd edək ki, Roberto Karlos Braziliya yığmasının heyətində 2002-ci ildə dünya çempionu olub, "Real Madrid"də çıxış edərkən isə dörd dəfə İspaniya çempionluğunu qazanıb və üç dəfə Çempionlar Liqasının qalibi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər