Digər

Əfsanəvi futbolçu ürəyindən əməliyyat olundu

31 Dec 2025, 20:14 1 baxış
Əfsanəvi futbolçu ürəyindən əməliyyat olundu

Braziliya millisinin keçmiş futbolçusu Roberto Karlos ürək əməliyyatı keçirib.


Axar.az xəbər verir ki, bu barədə “İndependent” nəşri məlumat yayıb.


Məlumata görə, Roberto Karlos tətildə olarkən onun ayağında qan laxtası aşkarlanıb. Müayinədən sonra onun ürək əməliyyatına ehtiyacı olduğu müəyyən edilib. Hazırda onun həyatı təhlükədə deyil, lakin, o, bir neçə gün müşahidə altında qalacaq.


Qeyd edək ki, Roberto Karlos Braziliya millisinin üzvü kimi 2002-ci ildə Dünya Kubokunu qazanıb. "Real Madrid"dən əlavə, "İnter Milan", "Anji Mahaçqala", "Fənərbağça" və bir sıra digər klublarda da oynayıb.


2024-cü ildə isə futbolçunun COP-29 çərçivəsində Bakıya səfəri baş tutub.

Mənbə axar.az

Oxşar Xəbərlər