Digər

Türkiyə Suriyada bu əməliyyata dəstək verəcək? – Rəsmi

31 Dec 2025, 15:05 1 baxış
Türkiyə Suriyada bu əməliyyata dəstək verəcək? – Rəsmi

Türkiyə "Tək dövlət, tək ordu" prinsipinə uyğun olaraq Suriya hökuməti ilə sıx əməkdaşlığı davam etdirir və PKK-nın qolu olan SDQ-nin Suriya ordusuna inteqrasiya prosesini də yaxından izləyir.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.


“Daha əvvəl də vurğuladığımız kimi, SDQ-nin bu mövqeyi Suriyanın ərazi bütövlüyü və sabitliyinə zərər verir. Suriya hökuməti öz birliyi və bütövlüyü üçün təşəbbüs göstərməyə qərar verərsə, Türkiyə buna dəstək verəcək", - bəyanatda bildirilib.


Qeyd edək ki, daha əvvəl Suriya hökumətinin SDQ-yə qarşı əməliyyata başlayacağı barədə məlumat yayılmışdı. Əməliyyatda Türkiyənin də dəstək verəcəyi qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər